“Caspian Oil&Gas” sərgisi ilə eyni meydançada 31 may - 3 iyun tarixlərində 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgisi keçirilir. “Caspian Power 2017” sərgisi Xəzər regionunda enerjidən səmərəli istifadə və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşdırılmış tədbirdir. “Caspian Power” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olmuşdur.
Bu il “Caspian Power” sərgisində Azərbaycan, Almaniya, Belarus, Qazaxıstan, Rusiya və Türkiyənin energetika sahəsində texnologiya təchiz edən aparıcı şirkət iştirak edir. Sərginin sponsoru qismində “STP” şirkəti çıxış edir. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.
“Caspian Power 2017” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradacaq.
TƏŞKİLATÇILAR və TƏRƏFDAŞLAR
Konfrans və Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “ITE Moscow” (Russiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin), “Caspian Event Management” (BƏƏ), “ITE Poland” və “ITE Malaysia” (Malayziya) şirkətləri cəlb olunublar. “ITE Group” şirkəti beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edirlər. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour”, “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) və “AzExpoMontage” (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.