AZ CBM ENGINEERING REGİONDA TEXNİKİ VƏ LABORATORİYA XİDMƏTLƏRİNİ İNKİŞAF ETDİRİR

AZ CBM ENGINEERING REGİONDA TEXNİKİ VƏ LABORATORİYA XİDMƏTLƏRİNİ İNKİŞAF ETDİRİR

3 i̇yun 2026 0000
Zülfüqar Nurubayli, Direktor CBM ENGINEERING LLC (Azərbaycan)

Şirkətimiz texniki xidmət və mühəndislik servisləri sahəsində fəaliyyət göstərir və artıq 20 ilə yaxındır ki bazardayıq. Biz həm Azərbaycanda, həm də Qırğızıstan və Türkiyədə layihələr həyata keçiririk. Əsas fəaliyyət istiqamətimiz texniki xidmətlərdir. Buraya kalibrasiya və metrologiya işləri, kimyəvi analizlər, eləcə də kimya və sınaq laboratoriyalarımızın fəaliyyəti daxildir. Şirkətdə 50-dən çox əməkdaş çalışır.

Artıq beşinci ildir ki, biz bu sərgidə ardıcıl olaraq iştirak edirik. Bizim üçün bu şirkəti təqdim etmək və bazarla birbaşa ünsiyyət qurmaq üçün vacib və artıq ənənəvi bir platformadır. Sərgi çərçivəsində bizə müxtəlif ölkələrdən və şirkətlərdən nümayəndələr yaxınlaşır, ilkin tanışlıqlar və müzakirələr aparılır. Maraqlananlar arasında Rusiya və İtaliyadan olan iştirakçılar, həmçinin əsasən yerli Azərbaycan şirkətləri var idi. Bu tip tədbirləri biz hər iki tərəf üçün faydalı platforma kimi qiymətləndiririk həm tərəfdaş axtaranlar, həm də öz xidmətlərini və həllərini təqdim edənlər üçün.

Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN