Çinin yeni enerji şirkəti Azərbaycandakı sərgidə günəş enerjisi və elektromobil həllərini nümayiş etdirir
3 i̇yun 2026
0000
Yiduo Şao, SUNTREE Electric Co., Ltd. (Çin) şirkətinin satış üzrə köməkçisi
Şirkətimiz Çinin Çjetszyan əyalətini təmsil edir. Biz günəş enerjisi sistemləri üçün kommutasiya həllərinin hazırlanması və təchizatı ilə məşğuluq, həmçinin fotovoltaik və yeni enerji sənayelərinə xidmət göstəririk. SUNTREE fəaliyyətə daimi cərəyan (DC) dövrələri üzrə ixtisaslaşmış şirkət kimi başlayıb. Son 19 il ərzində isə dünya bazarlarında fəaliyyət göstərən, yeni enerji sistemləri sahəsində kompleks həllər təqdim edən aparıcı şirkətlərdən birinə çevrilmişik.
Bu günədək 95,8–98,5 milyondan artıq mühafizə məhsulu satmışıq. Portfelimizə fotovoltaik sistemlər üçün əsas qoruma vasitələri, o cümlədən günəş panellərinin daimi cərəyan giriş tərəfi üçün mühafizə avadanlıqları və DC kombiner qutuları daxildir. Bu məhsullar 500 voltdan 1500 volta qədər gərginlik diapazonunu əhatə edir.
Bununla yanaşı, enerji saxlama sistemləri üçün həllər də təqdim edirik. Bunlara batareya tərəfi mühafizə qurğuları, AC kombiner qutuları, yük idarəetmə sistemləri və şəbəkəyə keçid blokları daxildir. Təbii ki, elektromobillər üçün enerji doldurma stansiyalarımız da mövcuddur. Bu məhsul kateqoriyası Çin bazarında mühüm mövqeyə malikdir.
Məhsullarımızı dünyanın müxtəlif regionlarına, o cümlədən Avropa İttifaqına, Latın və Şimali Amerikaya, Afrika ölkələrinə, eləcə də xüsusilə Asiya bazarlarına ixrac edirik.
Azərbaycanda keçirilən sərgiyə gəldikdə isə, onu həqiqətən möhtəşəm hesab edirəm. Bu tədbirin ölkəniz üçün nə qədər böyük əhəmiyyət daşıdığı məni heyran etdi. Xüsusilə də sərginin ən yüksək səviyyədə diqqət və dəstək görməsi təqdirəlayiqdir. Burada çoxsaylı sənaye nümayəndələri və şirkətlər bir araya gələrək Azərbaycanın inkişafına töhfə verməyə çalışırlar. Belə nüfuzlu tədbirdə iştirak etmək bizim üçün böyük şərəfdir.