Yeni növ kabellərin istehsalı

Yeni növ kabellərin istehsalı

29 may 2018 0000

İrina Labanova, “Spetskabel” kabel zavodunun marketinq şöbəsinin müdiri

Biz “Caspian Power 2018” sərgisində “Spetskabel” (“Спецкабель”) kabel zavodunu təqdim edirik. Bizim zavod hələ 1997-ci ildə xüsusi kabellərin hazırlanması və istehsalı sahəsində mütəxəssislər tərəfindən yaradılıb. Qürurla qeyd etmək olar ki, bu gün bizim zavod şəxsi ixtisaslaşmış istehsala, elmi-texniki və sınaq bazasına malikdir. Zavodda xüsusi sınaq laboratoriyaları, ən son istehsal bazası və hər il yenilənən avadanlıqlar var.

Bizim fəaliyyətimizin əsas istiqamətləri kabel-naqil məhsullarının istehsalı, yeni növ kabellərin işlənib hazırlanması, şəxsi sertifikatlaşdırma laboratoriyasında sınaqların keçirilməsidir. Bu istiqamətlərdə məhsullara tələbat olduqca yüksəkdir.

Regionda mühüm tədbiri hesab edilə bilən sərgidə, ikinci dəfə iştirak edirik. Ancaq Azərbaycanda tərəfdaş və dilerlərimiz yoxdur. Hazırda regionu öyrənirik, bazar prosesinə daxil olmağa, burada nə baş verdiyini öyrənməyə çalışırıq. Sərgidə iştirak etməkdə məqsədimiz məhz budur.

Sərgi əhəmiyyətli tədbir təəssüratı bağışlayır. Biz sərgi çərçivəsində yeni tərəfdaşlar axtarmağa davam etmək niyyətindəyik. Hər kəsə uğurlar arzulayırıq.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN