Slavika Mixayloviç-Boqoyeviç, “PLAMEN” şirkətinin İxrac üzrə Meneceri
Serbiyanın PLAMEN şirkəti aşağı gərginlikli kabel fitinqlərin istehsalı ilə məşğul olur. Zavod 1986-cı ildən fəaliyyət göstərir. Bizim emalatxanalarımız 10.000 kv.m sahəni əhatə edir. Biz dünyanın 47 ölkəsinə məhsul ixrac edirik.
Biz elektrik enerjisi mövcud olan və sadəcə naqillərin birləşdirilməli olduğu yerdə tələb olunan məhsullar istehsal edirik.
Bu, bizim Energetika və Bərpa Olunan Enerji layihəsində ilk iştirakımızdır. İlk gündən hər hansı nəticəyə gəlmək çətindir, amma yaxşı nəticələrin olacağına ümid edirik. Məhsullarımız elektrik şəbəkələri, paylayıcı şəbəkələr, montajçılar və inşaatçılar tərəfindən istifadə olunur. Biz onların arasından tərəfdaşlar tapmaq, məhsulumuzu təqdim etmək üçün buradayıq. Buna görə də bu gün biz ən zəruri və fikrimizcə, məşhur məhsulumuzun kiçik bir hissəsini gətirmişik: üstüaçıq məftilləri birləşdirmək üçün alüminium, mis və metal qapaqlar, müxtəlif qısqaclar, orta gərginlikli fitinqlər.
Bu isə bizim yeni məhsulumuz - polyester şkaflardır. Bu bazarda yeni məhsuldur. Müasir texnologiyaların köməyi ilə polyester təzyiq altında tamamilə fərqli, çox etibarlı bir maddəyə çevrilir. Sayğaclar üçün nəzərdə tutulan bu qutular o maddədən hazırlanır. Onların 60-70-dən çox çeşidi var.
Təəssüf ki, pandemiya bütün insanları bir-birindən çox uzaqlaşdırıb. Sərgi isə bizim yenidən görüşə biləcəyimiz, bir-birimizlə məlumat paylaşa biləcəyimiz, çoxlu yeni şeylər öyrənə biləcəyimiz yerdir. Sərgi ciddi, genişmiqyaslı və yüksək səviyyədə təşkil olunub.