Mehman İsgəndərov, Sumqayıt Texnologiyalar Parkında (STP) Biznesin inkişafı departamentinin reklam və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
- “STP” regionda analoqu olmayan və istehsalın müxtəlif növləri üzrə ixtisaslaşmış zavod kompleksidir. “STP” 24 dekabr 2009-cu il tarixində ölkə başçısı İlham Əliyev tərəfindən istismara verilmişdir və hazırda burada ağır maşınqayırma, presləmə, texniki qazlar, sinkləmə, metaləritmə, elektron qurğular və digər avadanlıqlar uğurla fəaliyyət göstərir.
“STP” parkının istehsal istiqamətlərinə müxtəlif növ kabel və naqillər, mis və alüminium elektrotexniki çubuqlar, müxtəlif ölçülü və təyinatlı borular, elektrik dolabları, günəş kollektorları, yük avtomobilləri, istənilən növ qoşqu və yarım-qoşqular, teleskopik inşaat dirəkləri, həcmli və digər məhsullar daxildir.
Biz sərgilərdə müntəzəm olaraq iştirak edir və öz stendimizdə bir çox potensial istehlakçının istifadə etdiyi nailiyyətlərimizi nümayiş etdiririk. Azərbaycanın iqtisadiyyat və infrastrukturu sürətlə inkişaf edir və bununla əlaqədar olaraq, bizim məhsullarımıza da daim tələbat var. Bundan başqa, biz sərgilərdə intensiv danışıqlar apardığımız iştirakçılarla birlikdə bir sıra nəhəng regional energetika layihələrini məhsullarımızla təmin edirik.