Türkiyənin metal kabel daşıyıcı sistemləri

Türkiyənin metal kabel daşıyıcı sistemləri

4 i̇yun 2015 0000

Halil Gudem, “ADRIC ELEKTRIK” şirkətinin meneceri

- Bizim şirkət Türkiyədə metal kabel daşıyıcı sistemlərin ən böyük istehsalçılarından biridir. Şirkətin özünəməxsus istehsal meydançaları və ətraf mühitin mühafizəsi üzrə artmaqda olan tələbləri nəzərə almaqla, kabel kanallarının istehsalı üçün avadanlıq və texnologiyaları var. Təcrübəli kollektivimiz məhsulların layihələndirilməsi, işlənib hazırlanması və satışını həyata keçirir. Şirkət həmçinin öz zavodunda kabel novlarının istehsalına görə kabel üçün ləvazimat və qəliblər istehsal edir.

İllik istehsal gücü 30 min ton təşkil edən zavod ay ərzində 1250000 metr kabel novu istehsal edir.

“ADRIC ELEKTRIK” şirkətinin məhsulları artıq 15 ildir ki Azərbaycan bazarında tanınır və biz bunu Azərbaycan iqtisadiyyatına verdiyimiz töhfə hesab edirik. Bizim geniş məhsul çeşidlərimiz Azərbaycan istehlakçısının rəğbətini təkcə öz keyfiyyətinə görə deyil, həm də şirkətimizin çevik qiymət siyasətinə görə qazanmışdır.

Biz inanırıq və əminik ki, “Caspian Power” sərgisində iştirak, eləcə də “ADRIC ELEKTRIK” şirkətinin Azərbaycandakı nümayəndəsi Anar Məmmədovun sərgidə iştirakı Azərbaycanlı istehlakçılarla əməkdaşlığın genişləndirilməsi baxımından həlledici tədbir olacaq.

Bütün ziyarətçiləri şirkətimizin 2320 nömrəli stendinə baş çəkməyə və ya bizimlə kanalsatis@ardic.com, yaxud export@ardic.com e-poçt ünvanları vasitəsi ilə əlaqə saxlamağa dəvət edirik.

 

 

 

 

 

 

 

 

 

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN