Sərginin təmsilçiliyini, iştirakçıların işgüzar münasibətini qeyd etmək istərdim

Sərginin təmsilçiliyini, iştirakçıların işgüzar münasibətini qeyd etmək istərdim

2 i̇yun 2022 0000

Dmitri Velmov, “Rosma” QSC-nin Mülki Aviasiya Departamenti üzrə Layihə Meneceri

“Rozma” şirkətini təmsil edirəm. Biz nəzarət ölçü alətlərinin istehsalı ilə məşğuluq. Enerji sektoru bizə çox yaxındır. Mən Rusiya və Qazaxıstanda belə sərgilərdə tez-tez iştirak edirəm.

Bizim Azərbaycanda çoxlu tərəfdaşlarımız var. Bu gün mən BP-dən olan tərəfdaşlarla görüşdüm. Sərginin təmsilçiliyini, iştirakçıların ciddi işgüzar ruhunu, dövlət xadimlərinin bu tədbirə diqqətini qeyd etmək istərdim.

Çox xoşuma gəldi ki, hər stenddə baş direktor və texniki heyətlə tanış olmaq olar. Bu, danışıqlar aparmaq və şirkətlər və onların məhsulları haqqında dəqiq məlumat əldə etmək üçün vacibdir. Təəssüratlar heyrətamizdir, çoxlu peşəkar ziyarətçilər var!

Sərgidə “Azərenerji”-nin stendini görmək istərdim. Onların fəaliyyətlərinin strukturu haqqında daha çox öyrənmək və onlara necə kömək edə biləcəyimizi anlamaq gələcək planlarımız üçün faydalıdır.

Hesab edirəm ki, bu gün bütün dünyada baş verən dəyişiklikləri, eləcə də tərəqqinin inkişafını nəzərə alaraq, maraqlı tərəflərin yeni texnologiyalarla daha yaxından tanış olması üçün belə sərgilərin keçirilməsi zəruridir.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN