Sərgi Prezident İlham Əliyevin çıxışına görə dərhal yadda qaldı

Sərgi Prezident İlham Əliyevin çıxışına görə dərhal yadda qaldı

1 i̇yun 2022 0000

Klayv Törtn “ACWA Power”

Şirkətimiz dünya miqyasında həm ənənəvi, həm də yeni növ elektrik enerjisinin istehsalında ən böyük tərtibatçı və investordur.

Biz həmçinin dəniz suyunun duzsuzlaşdırılması və yaşıl hidrogenin emalı ilə də məşğuluq. Şirkət dünyanın bir çox ölkələrində təmsil olunur, biz 2019-cu ildən Azərbaycanda fəaliyyət göstəririk.

İlk dəfə olaraq “Energetika və Bərpa Olunan Enerji” sərgisində iştirak edirik. Bizim üçün bu tədbir öz imkanlarımızı və şirkətimizin məhsullarını nümayiş etdirmək üçün yaxşı marketinq fürsətidir. “Azərenerji”, Energetika Nazirliyi və Azərbaycan hökuməti kimi mühüm strukturlarla biz bir sıra layihələrə imza atmışıq. Onlar hazırda inkişaf mərhələsindədir.

Sərgi Azərbaycan Prezidenti İlham Əliyevin açılışdakı çıxışına görə dərhal yadda qaldı. Layihənin yaxşı təşkilini də qeyd etmək istəyirəm. Deyə bilərəm ki, sərgi iştirakçıların və ziyarətçilərin sevinc, inam və peşəkar qürur hisslərini yaşadıqları bir məkandır.

Bu gün sərgidə biz hökumət nümayəndələrini, maliyyə təşkilatlarını və iri biznes nümayəndələrini, müəssisələrin rəhbərlərini və baş mütəxəssislərini gözləyirik. Biz özümüz haqqında məlumat verəcək, uzunmüddətli tərəfdaşlıq imkanları və enerji sənayesinin inkişafı haqqında danışacağıq.

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN