Hər stenddə özüm üçün faydalı məlumatlar tapıram.

Hər stenddə özüm üçün faydalı məlumatlar tapıram.

3 i̇yun 2022 0000

Yulia Zqonnikova “Sistema” şirkətinin Regional İxrac üzrə Meneceri

Çalışdığım şirkət 35 il əvvəl İtaliyanın şimal-şərqində yaradılmışdır. Biz böyük tikililər üçün sənaye məqsədli istilik və soyutma avadanlıqlarının istehsalı ilə məşğuluq.

Mənim vəzifəm yeni bazarlar və yeni tərəfdaşlar axtarmaqdır. Dünən Bakıya çatdım və bu gün Azərbaycanın neft-qaz bazarındakı vəziyyətin icmalı ilə tanış olmaq üçün sərgiyə gəldim.

İtaliyada mənə çoxlu sayda müraciətlər, kommersiya təklifləri, o cümlədən çoxlu sayda yeni layihələr təqdim olunur, lakin mən şəxsən şirkətlərin nümayəndələri ilə danışıqlar aparmaq və mənə lazım olan məlumatları öyrənmək istəyirdim, xüsusən də COVİD-dən sonrakı dövrdə.

Sərgini çox bəyəndim, yaxşı səviyyədə təşkil olunub. Hətta deyəcəm ki, bir gün mənə kifayət etməyəcək. Demək olar ki, hər stenddə şirkətimiz üçün faydalı məlumatlar tapıram. Mən özüm üçün 2-3 yerli şirkəti qeyd etmişəm ki, sabah onlarla daha yaxından tanış olmaq, danışıqlar aparmaq niyyətindəyəm.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN