Nezih Kocaman, “GERMEN Electronics Co.” şirkətinin beynəlxalq ticarət üzrə meneceri
– Bizim şirkət 1994-cü ildə Türkiyədə təsis edilmişdir və fasiləsiz enerji təchizatı sistemlərinin istehsalı ilə məşğuldur. Sözügedən sistemlər elektrik enerjisi ilə işləyən hər kəsə lazımdır və avadanlıqları enerji kəsintisi zamanı yarana biləcək zədələnmədən qoruyacaq. Bizim “UPS” (Fasiləsiz Enerji Təchizatı) qurğusu və inventorlarımız müasirliyi və “Hi-tech” kateqoriyası ilə fərqlənir. Bu da onların informasiya mərkəzləri, istehsalat prosesləri, tibbi avadanlıqlar, təhlükəsizlik və mühafizə sistemləri, rabitə vasitələri və digər sahələrdə əminliklə tətbiq edilməsinə imkan verir. Məhsullarımızın üstünlüklərinə müasir texnologiyalardan istifadə, enerji sərfiyyatına qənaət, dəqiq və sabit enerji çıxışı, həddindən artıq yüklənmə və qısa qapanmadan qorunma, məsafədən idarəetmə, parametrlərin tənzimlənməsi, generatorla birlikdə işləmə imkanı daxildir.
Bizim stendimizin ziyarətçiləri stendimizdə digər nümunələrlə yanaşı təqdim olunan yeni “Blue line professional UPS” peşəkar xəttinin real (işlək) nümunəsi timsalında sadalanan bu üstünlüklərin şahidi olacaqlar.
Şirkətimizin təkcə Türkiyədə deyil, həm də onun hüdudlarından kənarda, eləcə də Misir, Əlcəzair, Qazaxıstan və digər ölkələrdə kifayət qədər istehlakçıya malik olması bizim üçün çox vacibdir. Biz həmçinin Azərbaycana da kiçik həcmdə məhsul ixrac etmişik və hazırda Azərbaycan, İran və İraqa məhsul ixracını artırmaq niyyətindəyik.
Beləliklə, biz regional əməkdaşlıq haqqında düşünürük və hesab edirik ki, bu sərgi bizə məhsullarımızı bütövlükdə Azərbaycana deyil, həm də regionu əhatə etməklə paylayacaq distribyutorlar tapmaqda kömək edəcək.