Azərbaycanda günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə artıq razılaşdırılıb.
Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, tikiləcək elektrik stansiyanın gücü 230 MVt təşkil edəcək.
Xatırladaq ki, 2020-ci ilin yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanması mərasimi keçirilmişdi.