Yuri Kasuyanenko, “Enerqomera” (“Энергомера”) konserninin nümayəndəsi
– “Энергомера” konserni dünyada stabil şəkildə liderlik edən çoxprofilli sənaye holdinqidir və sürətlə inkişaf edir. Konsern Rusiyada, Belarus, Ukrayna və Çin yerləşən yeddi yüksək texnologiyalı zavodu, iki korporativ institutu və beş kənd təsərrüfatı müəssisəsini birləşdirir.
Azərbaycanda yerli bazarda tərəfdaşlar tapmaq niyyəti ilə gəlmişik. Bu sərgi regional səviyyədə mühüm tədbirdir və biz əminik ki, Azərbaycanlı sifarişçilər bizi seçə bilərlər. Bizim xeyrimizə olan ən yaxşı sübut böyük 150-dən çox yüksək texnologiyalı istehsalçılarının daxil olduğu böyük müştəri bazasıdır. Bundan başqa, bizim şirkət işıq diodları və smartfon sənayesi üçün dünyanın ən böyük sintetik sapfir istehsalçısı, eləcə də günəş enerjisi üçün metallizasiya edilmiş pastalar istehsal edən ən böyük istehsalçı kimi tanınır.
Bizim fəaliyyətimizin başqa bir istiqaməti nəzarət-ölçü cihazlarının hazırlanmasıdır. Rusiya bazarında elektrik sayğaclarının istehsalı sahəsində lider kimi 22 il ərzində altı nəsil elektron uçot qurğularının istehsalını həyata keçirmişik. Hər il “Энергомера” zavodunun konveyerlərindən üç milyondan çox sayğac çıxır. 2015-ci ildə şirkət 30 milyonuncu yubiley sayğacını buraxıb.
Sərgi diqqəti cəlb edir, bir sıra ölkələrin şirkətləri burada təmsil olunur və özünüz haqqında məlumat vermək, eyni zamanda həmkarlarının məhsulları və təkliflərini öyrənmək imkanı var. Sərginin bütün iştirakçılarına uğurlar arzulayıram.