Rüstəm Qasımov, “ABB” şirkətinin icraçı direktoru
– Bizim şirkət bütün dünyada energetika və avtomatika sahəsində liderdir. Biz 1995-ci ildən etibarən Azərbaycanda nəhəng layihələrdə iştirak edirik. Bizim şirkət əsasən avtomatika sahəsində ixtisaslaşıb və Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrdə, o cümlədən tamamilə “ABB” şirkəti tərəfindən idarə edilən TANAP layihəsində iştirak edir. Azərbaycanda bizim şirkətin “Azəri-Çıraq-Günəşli platformaları, Səngəçal terminalı və iki boru kəmərində çalışan yüzdən artıq əməkdaşımı var. Biz energetika sahəsində böyük nailiyyətlər əldə etmişik – 25-dən artıq yüksək gərginlikli yarım-stansiya tikmişik, bunlardan bəzilərinin, məsələn, tamamilə yerin altında yerləşən “Bayıl” yarım-stansiyasının analoqu yoxdur.
Sərgidə on beş illik iştirak yerli bazara daxil olmaq istəyən şirkət üçün layiqli qiymətdir. Burada biz öz sifarişçi və tərəfdaşlarımız ilə görüşlər keçiririk. Ekspozisiyadakı yeniliklər – virtual reallıq sistemi platformanı idarə edən operatorun kabinetində görülən işlərin spesifikasını təmin edir. Xüsusi cihazlar işləri idarə etməyə, əylənməyə, öyrənməyə imkan verir.
Şirkətimizin Azərbaycanda sosial sahədə aktivliyini də qeyd etmək istəyirdim. Biz Bakı Ali Neft Məktəbinin operator avadanlıqları ilə təchizini maliyyələşdirmişik ki, tələbələr təhsilin əvvəlindən etibarən müasir idarəetmə sistemlərindən istifadə etmək vərdişlərinə yiyələnsinlər.