Ən yaxşı elektrotexniki avadanlıq nümunələri

Ən yaxşı elektrotexniki avadanlıq nümunələri

4 i̇yun 2015 0000

Oleq Beydik, Minsk Elektrotexnika Zavodunun marketinq və ticarət üzrə aparıcı mütəxəssisi

V.İ. Kozlov adına Minsk Elektrotexnika Zavodu elektrotexniki avadanlıqların istehsalı ilə məşğul olan ən böyük Avropa müəssisələrindən biridir. Zavodun məhsulları dünyanın 25-dən artıq ölkəsində uğurla istifadə olunur. Bizim müəssisədə istehsal edilmiş və bu sərgidə təqdim edilən əsas məhsul növləri yağlı və quru güc transformatorları, açıq havada quraşdırılan metal, beton və çoxqat panel korpuslu yarım-stansiyalar, katodlu mühafizə qurğusu, aşağı gərginlikli (çoxfunksiyalı) ölçü transformatorları və digər məhsullardan ibarətdir.

Sözügedən məhsulların tətbiq sahəsi energetika sənayesi, neft-qaz kompleksi, dəmiryol sənayesi, tikinti sənayesini əhatə edir. Sifarişçinin tələblərinin yerinə yetirilməsi müasir istehsal imkanları, unikal texnologiyalar, texniki inkişafın yüksək səviyyəsi, 55 illik istehsal tarixi və zəhmətkeş kollektivin yorulmaz əməyi sayəsində həyata keçirilir. Məhsullarımızın texniki xüsusiyyət və konstruksiyaları daim təkmilləşdirilir. Zavodun elmi-araşdırma və təcrübə laboratoriyaları bütün zəruri istehsal təcrübələrini reallaşdırmağa imkan verən avadanlıqlarla təchiz edilmişdir.

Zavodun diler şəbəkəsinə Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər MDB ölkələrini, o cümlədən gələcəkdə əməkdaşlıq edəcəyimizə ümid bəslədiyimiz Azərbaycanı təmsil edən tərəfdaşlar daxildir.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN