Timur Burovtsev, “EKF” şirkətinin ixrac istiqaməti üzrə rəhbəri
– “Altus” şirkəti mühəndislik sistemlərinin hazırlanması və quraşdırılması ilə məşğuldur, onların texniki baxışdan keçirilməsi və servisi üzrə xidmət göstərir. “Altus” şirkəti yüksək keyfiyyətli aşağı gərginlikli elektrik texnikalarının Rusiyada aparıcı istehsalçılarından biri olan “EKF” şirkətinin tərəfdaşıdır. Biz elektrik enerjisinin tətbiqi, paylanması və ölçülməsi, texnoloji proseslərin yerli səviyyədə avtomatlaşdırılması üçün elektrik avadanlıqlarının kompleks spektrini, eləcə də müxtəlif sənaye sahələrində enerji səmərəliliyinin artırılması üçün bir sıra həll variantları təklif edirik.
Bizim məhsul çeşidləri arasında doqquz mindən artıq adda modul avtomatlaşdırma, güc və kommutasiya avadanlıqları, elektrik lövhələrinin gövdələri, elektrik montajı və elektrik quraşdırması üçün məhsullar, ölçü vasitələri və kabel daşıyıcı sistemləri yer alır. Azərbaycan bazarında “EKF” şirkəti sərgi formatında ilk dəfə təqdim olunur. Sərgi haqqında deyə bilərəm ki, sərgi salonunda beynəlxalq ab-hava və dünya səviyyəli tədbirin peşəkar korporativ yaxşı hiss olunur.
Sərgi əsasən şirkətin simasını göstərir və biz şirkətimizi Azərbaycanda daha yaxşı təqdim etmək istəyirik, çünki yerli bazar bizim üçün çox cəlbedicidir.
Məhsullarımız sənaye, mülki və infrastruktur tikinti sektorlarında təqdim edilir. Bu sərgidə biz bütün şirkətlərlə əməkdaşlıq etmək niyyətindəyik, xüsusilə də Azərbaycanın aparıcı dövlət neft şirkəti ilə maraqlanırıq.