Dəniz platformasında HVAC işlərini görən yeganə şirkət

Dəniz platformasında HVAC işlərini görən yeganə şirkət

26 may 2022 0000

Vertex QSC Inşaat və təmir şirkəti olaraq, Caspian Power 2022 sərgisində hər növ Dəniz/Quru Elektrik işləri, o cümlədən ATEX yoxlaması və sertifikatlaşdırılması; Dəniz/Quru HVAC Sistemlərinin Quraşdırılması və Baxımı; Dənizdə/Quruda Boru kəmərləri, Boruların quraşdırılması, Alətləşdirmə, Metal istehsalı, Qaynaq işləri; Dənizdə/Quruda Tikinti və Quraşdırma Xidmətləri; İnsan-Enerji təchizatı, Şəbəkə və s. işləri kimi xidmətlərimizi sərgi ziyaratçilərinə təqdim edəcəyik. Siz sərgi zamanı stendimizə yaxınlaşaraq məhsullarımız haqqında daha çox məlumat əldə edə və lazımi tövsiyələr ala bilərsiniz.

Biz Azərbaycan Bazarında Beynəlxalq Standartlar və Yerli Qiymətləri təklif edirik. Azərbaycan ərazisində və Xəzər regionunda bir sıra beynəlxalq şirkətlərin nümayəndələriyik, məsələn, biz Johnson Controls Company və CTS şirkətinin yeganə agentiyik.

Əlavə olaraq, Vertex QSC bazarda 18 illik iş təcrübəsi, yüksək keyfiyyətli işçi qüvvəsi, bazarın əsas təchizatçılarından materiallar və təhlükəsizlik standardlarının davamlı inkişafı yolunda daim irəlidədir. Nəzərinizə çatdırmaq istərdik ki, Vertex QSC-nin əsas xüsusiyyətlərindən biri odur ki, o Azərbaycanda dəniz platformasında HVAC işlərini görən yeganə şirkətdir.

Sərgi həm təcrübə mübadiləsi baxımından, həm də çoxdan bəri maraq doğuran sualların cavabını mütəxəssislərdən almaq üçün əla fürsətdir. Əlbəttə ki, yerli bazarda tutduğumuz bugunkü mövqeyimiz bizə onu deməyə əsas verir ki, Vertex QSC xarici bazarda fəaliyyətini genişləndirməyə tam hazırdır. Hal-hazırda bu yöndə fəaliyyət planlarımız davam edir. İxrac tələbatı olan məhsullarımız və xidmətlərimiz üçün potensial bazarlar üzərində işləyirik. Şirkətimizin öz fəaliyyətlərini sərgidə nümayiş etdirməsi, gələcəkdə müştəri bazamızın artmasına dəlalət edir.

Biz Azərbaycanda yeni xidmətləri təqdim etmək, sualları cavablandırmaq və müştərilərimizlə canlı ünsiyyət qurmaq fürsətini səbirsizliklə gözləyirik və “Caspian Power 2022” sərgisinə bunu reallığa çevirdiyinə görə dərin minnətdarlığımızı bildiririk.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN