Biz yerli bazarı öyrənirik

Biz yerli bazarı öyrənirik

3 i̇yun 2015 0000

Corc  Çiubotaru (George Ciubotaru), “Electroalfa” (Rumıniya) şirkətinin idarə heyətinin üzvü

- Rumıniyanın “Electroalfa” istehsal şirkəti 25 ildir ki, bazarda fəaliyyət göstərir. Bizim əsas məhsulumuz orta və aşağı qiymətli elektrik avadanlıqlarıdır. Şirkətin Rumıniyada təxminən 30 layihəsi var. Biz istehlakçıların tələblərini nəzərə almaqla məhsul istehsal edirik və nəticə mühəndis və mexaniklərdən ibarət olan böyük bir qrupun əməyi sayəsində əldə olunur.

Şirkət əsasən Rumıniyada fəaliyyət göstərir. Şirkətin ixrac etdiyi məhsulların həcmi istehsal edilən məhsulun 10%-ni təşkil edir və biz bu göstəricini artırmaq niyyətindəyik. Məhsullarımız Şərqi Avropa və Avropa Birliyi, eləcə də Afrika ölkələrinə (Nigeriya, Efiopiya, Burkina-Faso və s.) ixrac edilir.

Bu, bizim Azərbaycana ilk səfərimizdir və biz hesab edirik ki, burada yerlin bazarın böyük potensialı var. Biz yerli bazarı öyrənmək istəyirik. Energetika məhsullarının müxtəlif standartları olur və hər bir tətbiq sahəsi üzrə məhsullar fərqlənir. Biz bu sərgidə bazarın xüsusiyyətlərini öyrənmək məqsədi ilə iştirak edirik və ümidvarıq ki, bu günlərdə gələcək əməkdaşlıq üçün özümüzə tərəfdaşlar tapacaq və ya potensial tərəfdaşlarımızı müəyyən edəcəyik.


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN