Biz yerli bazarı fəal şəkildə öyrənirik

Biz yerli bazarı fəal şəkildə öyrənirik

1 i̇yun 2016 0000

Mariya Birdık, “Qruppa SVEL” Səhmdar Cəmiyyətinin reklam üzrə meneceri

- Rusiyanın “Qruppa SVEL” şirkətlər qrupu 2003-cü ildə təsis olunub və yağ əsaslı enerji transformatorları, cərəyanı məhdudlaşdıran reaktorlar, kompleks transformator yarım-stansiyaları, cərəyan və gərginlik transformatorları, kompleks paylayıcı qurğular və blok transformator yarım-stansiyalarının hazırlanması sahəsində ixtisaslaşır. Bu, bizim sərgidə ilk iştirakımız deyil, belə ki, biz ötən il keçirilmiş tədbirdə müsbət nəticə əldə etdiyimiz üçün bu il də sərgidə iştirak edirik.

Biz bu il sərgidə elektro-texniki avadanlıqlar, transformatorlar, yarım-stansiyalar, kompleks paylayıcı qurğular və reaktor avadanlıqlarını təqdim edirik. Biz bu tədbirdə təcrübə mübadiləsi aparmaq, yerli bazarı öyrənmək məqsədi ilə iştirak edirik və əlbəttə ki, əsas məqsədimiz yeni işgüzar əlaqələr qurmaqdır. Biz sərgidə iştirak etdiyimiz illər ərzində sizin bazarda nələrin baş verdiyini dərk etməyə başlamışıq, rəqiblərimizi yaxından öyrənmişik və özümüz üçün müəyyən nəticələr çıxarmışıq. Bizim menecerlər məhz burada tanış olduqları müəyyən insanlar vasitəsi ilə bu regionu fəal şəkildə öyrənirlər. Sərgi çox yüksək səviyyədə təşkil olunub və biz bu tədbirdən çox razıyıq!

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN