240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyası və 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası ilə Azərbaycanın "yaşıl" enerji sahəsinə yarım milyard dollardan çox xarici sərmayə yatırılır.
Bu barədə Energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.Nazir əlavə edib ki, layihələrin Azərbaycan dövləti tərəfindən vəsait qoyulmadan reallaşdırılması ölkənin sabit gələcəyinə inamın təzahürüdür.
Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 225 mln. ABŞ dolları təşkil edir və bu məbləğ "Masdar" şirkəti tərəfindən təmin olunacaq. Burada istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq.