Azərbaycan ən azı yüz il enerji bazarında çox mühüm aktora çevrilir - İlham Əliyev

Azərbaycan ən azı yüz il enerji bazarında çox mühüm aktora çevrilir - İlham Əliyev

31 yanvar 2022 0000

 Energetika sahəsində bu müddət 100 ildir. Yəni, Azərbaycan ən azı yüz il beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm aktora çevrilir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində söyləyib.

Dövlət başçısı qeyd edib ki, biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək.

"Təhsil – o da bir neçə onillik irəlini nəzərdə tutmalıdır. Bunların, eləcə də, kadrların, informasiya texnologiyalarının hazırlanması gələcəyə yatırılan investisiyalardır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə Prezident bildirib.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN