Alternativ enerji mənbələri üzrə layihələr

Alternativ enerji mənbələri üzrə layihələr

4 i̇yun 2015 0000

Cəmil Məlikov, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini

– Biz 2010-cu ildən bəri bu sərginin daimi iştirakçısıyıq. “Caspian Power” sərgisi alternativ enerji mənbələri sahəsi üzrə energetik və mütəxəssislər arasında dialoq üçün əla tribuna olmaqla yanaşı, ölkəmizin bu sahə üzrə ən son nailiyyətlərini nümayiş etdirmək baxımından universal platformadır. Biz reallaşdırılmış layihələri, eləcə də Azərbaycanda həyata keçiriləcək perspektiv işləri təqdim edirik. Bununla yanaşı, ictimaiyyəti inkişaf tempi, istehsal edilən enerjinin ümumi həcmi ilə müqayisədə alternativ enerji mənbələri hesabına əldə edilən enerji payı barədə məlumatlandırırıq.

Bu gün istehsal edilən elektrik enerjisinin təxminən 10%-ni su enerjisi, günəş enerjisi, qaz və digər mənbələrdən əldə olunan enerji təşkil edir. Ümidvarıq ki, bu rəqəm yaxın gələcəkdə daha da artacaq.

Sevindirici haldır ki, bu sərgini sözügedən sahədə infrastrukturu formalaşdıran energetika sektorunun çoxsaylı nümayəndələri də ziyarət edirlər. Biz öz stendimizi (gələcək inkişaf üçün əməkdaşlıq baxımından zəruri olan) həmkarlarımız, potensial müştərilər və mövcud tərəfdaşlarımızla danışıqlar aparmaq və görüşlər keçirtmək məqsədi ilə istifadə edirik.

 

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN