Elmar Tanrıverdiyev, “Rovel Trading” şirkətinin inkişaf üzrə baş meneceri
– “Rovel Trading” şirkəti öz tərəfdaşı, Azərbaycandakı rəsmi distribüteri olduğumuz Amerikanın “Trojan Battery Company” şirkəti ilə sərgidə debüt edir. Bu sərginin ən əhəmiyyətli üstünlüyü neft-qaz sənayesində aparıcı iştirakçılarına bir platformada görüşmək imkanının verilməsidir.
Akkumulyator batareyalarının hazırlanması və istehsalı sahəsində dünyada lider olan “Trojan” şirkətinin məhsulları avtomobil, sənaye, telekommunikasiya və əlbəttə ki, neft-qaz sənayesində geniş tətbiq edilir. Şirkət “Caspian Power 2018” sərgisi çərçivəsində dəniz neft - qaz hasilatı platformalarında istifadə olunan batareyalara diqqət yetiririk.
“Trojan” şirkəti regionda neft hasilatı sahəsində liderlərindən biri olan Azərbaycanın bazarına daxil olmaq niyyətindədir. Biz sərgidə şirkətin məhsullarını nümayiş etdirməklə yanaşı, həm də bazardakı vəziyyəti təhlil edir, geniş monitorinq aparırıq. Stendimizdə Amerika Birləşmiş Ştatlarından gəlmiş “Troyan” şirkətinin mütəxəssisləri iştirak edir və onlar istənilən suala cavab verməyə hazırdırlar. Bizi daha çox “SOCAR” və onun bölmələri, “BP”, “Total” kimi neft hasilatı şirkətləri, qazma üzrə podratçılar və başqa şirkətlərin nümayəndələri maraqlandırır. Məhz belə şirkətlər bizim məhsulların əsas istehlakçılarıdır. Potensial alıcıları məlumatlandırmaq istəyirik ki, Azərbaycanda “Trojan” şirkətinin anbarı var və bu, loqistikanı daha da asanlaşdırır.