Yüksək və aşağı gərginlik sistemləri sahəsində xidmətlər
2 i̇yun 2025
0000
Məryəm Ətrafi Giyasi
CBM Engineering şirkətinin layihə dəstək komandasının rəhbəri
CBM Engineering yüksək və aşağı gərginlikli sistemlər sahəsində xidmət göstərən mühəndislik şirkətidir. Şirkətimizin tərkibində iki laboratoriya fəaliyyət göstərir: biri — elektrik alətləri, ölçü cihazları, həmçinin kütlə və temperaturun kalibrlənməsi üzrə ixtisaslaşmış kalibrləmə laboratoriyasıdır, digəri isə — su, torpaq və hava analizlərinin əlavə edilməsi ilə xidmət sahəsini genişləndirdiyimiz kimyəvi laboratoriyadır.
Laboratoriyalarımız Azərbaycan Respublikasının Milli Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub. Kalibrləmə laboratoriyamız isə beynəlxalq səviyyədə I-Lab akkreditasiyasına malikdir ki, bu da bizə təkcə Azərbaycanda deyil, eyni zamanda xarici ölkələrdə də xidmət göstərmək imkanı verir. Hazırda BP və SOCAR Mainstream kimi nüfuzlu müştərilərlə əməkdaşlıq edirik. Şirkətimizin eyni zamanda Gürcüstan və Türkiyədə də nümayəndəlikləri mövcuddur.
Biz 2022-ci ildən etibarən artıq dördüncü ildir ki, Baku Energy Week tədbirində iştirak edirik. Bu müddət ərzində dəyərli təcrübə toplamışıq. Yeni müştərilərin əldə olunması baxımından nəticələr məhdud olsa da, burada qurulan əlaqələr və tanışlıqlar bizim üçün faydalı olub. Belə tədbirlər şirkətimizin bazarda tanınmasına və mühüm işgüzar əlaqələrin qurulmasına kömək edir.
Gələcəkdə isə sərgi çərçivəsində xarici şirkətlərin nümayəndələri ilə daha əlçatan və səmərəli görüşlərin təşkili imkanlarının artırılmasını istərdik. Bəzən, danışıqların formatına görə, iri beynəlxalq şirkətlərin təmsilçiləri ilə görüşmək mümkün olmur. Belə potensial tərəfdaşlarla ünsiyyət üçün daha əlverişli şəraitin yaradılması sərgidə iştirakın faydasını əhəmiyyətli dərəcədə artıra bilərdi.
Əminik ki, bu cür imkanlar bizə müştəri portfelimizi genişləndirmək, şirkətimizin beynəlxalq səviyyədə mövqeyini gücləndirmək və uzunmüddətli əməkdaşlıqlar qurmaq üçün əlavə şans yaradacaq.