“Yerli şirkətlər arasında tərəfdaşlar axtarırıq”

“Yerli şirkətlər arasında tərəfdaşlar axtarırıq”

5 i̇yun 2024 0000

2022-ci ildə əsası qoyulmuş “Profi Tools” şirkəti geniş çeşiddə ölçü cihazlarının və elektrik əl alətlərinin satışı, kalibrlənməsi və servisi üzrə ixtisaslaşmış və dinamik inkişaf edən şirkətdir. Onun məhsul çeşidlərinə “Hikmicro”, AEG, “Workpro”, “KingTony” kimi aparıcı dünya brendlərinin məhsulları daxildir, şirkət eyni zamanda “Exfo”, “Sumitomo”, “Fluke” və “Metrel” kimi nüfuzlu istehsalçıların rəsmi tərəfdaşıdır.

“Profi Tools” şirkətinin əsas missiyası müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim etmək və xidmət göstərməkdir. “Profi Tools” müştərilərə optimal avadanlıq seçməkdə kömək etməyə, cihazların kalibrlənməsi və texniki xidmət prosesində dəstək verməyə, həmçinin yüksək keyfiyyətli xidmət göstərməyə hazır olan yüksəkixtisaslı mütəxəssislər komandasına malikdir.

“Caspian Power” sərgisində təqdim etdiyimiz stenddə məhsullarımızın sınaq prosesi nümayiş etdirilir. Burada texniki işçilərə sistemi dağıdıcı olmayan şəkildə yoxlamağa imkan verən termal görüntü kameraları da nümayiş etdirilir.

Artıq ikinci dəfədir ki, Azərbaycanda təşkil edilən sərgidə iştirak edirik. Daha əvvəl biz “Baku Build” sərgisində iştirak etmişik və böyük təcrübə qazanmışıq. Bu gün biz bir çox iri şirkətlərlə əməkdaşlıq edirik, lakin başa düşürük ki, hələ də tanış olmadığımız və biznesimizi inkişaf etdirə biləcəyimiz şirkətlər var. Əsasən yerli şirkətlər arasında tərəfdaşlar axtarmağa üstünlük veririk.

“Caspian Power” sərgisində iştirak etməklə biz özümüzü tanıtmağa, ziyarətçiləri şirkətin məhsulları ilə tanış etməyə, həmçinin müştərilərimizin siyahısını genişləndirməyə çalışırıq.

Kamran Cəfərli, “Profi Tools” şirkətinin rəhbəri

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN