Ami Zuares, "Ofil Ltd" şirkətində Avropa üzrə satış direktoru
Mən tez-tez bu cür sərgilərdə oluram. CaspianPower-2023 çox yaxşı təşkil edilib. Sərgiyə yeni müştərilər tapmaq və potensial tərəfdaşlarla danışıqlar aparmaq üçün gəlmişəm. Qeyd etmək istərdim ki, həmkarlarımdan biri artıq bu sərginin iştirakçısıdır. Təzəlikcə gəlməyimə baxmayaraq, artıq bir neçə işgüzar görüş keçirə və gələcək danışıqları təşkil edə bilmişəm. Bunun kimi ixtisaslaşmış sərgidə yeni tərəfdaşlar və hədəf müştərilər tapmaq çox asandır. Böyük ehtimalla gələn il də buraya gələcəyəm, çünki bu regionda böyük bazara girməyi planlaşdırırıq.