Yaxşı ki, belə sərgini istənilən mütəxəssis ziyarət edə bilər…

Yaxşı ki, belə sərgini istənilən mütəxəssis ziyarət edə bilər…

10 i̇yun 2024 0000

Artıq bir neçə ildir ki, mən ard-arda neft-qaz sərgisində iştirak edirəm. Bu il əsasən enerji şirkətləri, onların yeni texnologiyaları və avadanlıqları ilə tanış oldum. Məni Maybe şirkətinin stendi cəlb etdi. Biz bu şirkətlə əməkdaşlıq edirik. Eyni zamanda, bu gün sərgidə bu şirkətin təqdim etdiyi yeniliklər barədə məlumat əldə edə bildim.

Gemza şirkətinin stendinə də baş çəkdim və faydalı məlumatlar aldım. Stendlərdə mənim diqqətimi əsasən ölçü cihazları, elektrik cihazları, sayğaclar cəlb edirdi.

Əminliklə deyə bilərəm ki, sərgi yaxşı səviyyədə təşkil olunub. Hesab edirəm ki, bu sahənin inkişafında əsas rol oynayan və Azərbaycan bazarında mühüm yer tutan bütün qlobal yerli şirkətlər bu gün burada iştirak edir və öz xidmətlərini təklif edirlər. Elə bir hiss yox idi ki, sanki bir şey çatışmır. Axtardığım hər şeyi tapa bildim. Hər şey xoşuma gəldi.

Sərgi ilə tanışlıq prosesində düşündüm - yaxşı ki, bizim belə tədbirlərdə iştirak etmək, təkcə yerli şirkətlərin deyil, xarici şirkətlərin də potensialını araşdırmaq imkanımız var. Qeyd edim ki, əvvəlki sərgilər zamanı müəyyən bir stendə baş çəkməyimiz uzunmüddətli əməkdaşlığa çevrilmişdi. Bu həm müştərilər, həm də iştirakçıların özləri üçün əla təcrübədir. Bu baxımdan hesab edirəm ki, sərgilərin keçirilməsi, şübhəsiz ki, çox vacibdir.

Vüqar Hacıyev, Azərsu şirkətinin enerji şöbəsinin müdiri

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN