“Uzun illərdir ki, azərbaycanlı müştərilərlə əməkdaşlıq edirik”

“Uzun illərdir ki, azərbaycanlı müştərilərlə əməkdaşlıq edirik”

6 i̇yun 2024 0000

Şirkətimiz 1956-cı ildən elektrik avadanlıqlarının ən böyük istehsalçılarından biridir. Bu illər ərzində zavod bütün postsovet məkanında yağla çalışan transformatorların, quru transformatorların və yarımstansiyaların əsas istehsalçısı kimi zəngin təcrübə qazanıb və ənənələr formalaşdırıb.

Biz məhsulların texniki xüsusiyyətlərini və konstruksiyalarını daim təkmilləşdiririk. Tədqiqat və sınaq laboratoriyaları məhsulların lazımi sınaqdan keçirilməsinə imkan verən avadanlıqlarla təchiz edilib. Azərbaycanda biz əsasən yerli bazarda ən çox tələbat olan yağla çalışan transformatorlar və quru transformatorlar təklif edirik.

Biz uzun illərdir ki, “Caspian Power” sərgisində iştirak edirik. Əsas məqsədimiz bir daha özümüzdən söz etdirmək, imicimizi vurğulamaq, həmçinin dostlarımız və müştərilərimizlə görüşməkdir. Onların çoxu ilə illərdir tanışıq. Eyni zamanda, yeni tanışlar qazanmaq, stenddə insanlara məhsullarımızı nümayiş etdirmək və xidmətlərimiz haqqında məlumat vermək istərdim. Uzun müddətdir ki, Azərbaycanın tikinti-quraşdırma kompleksində fəaliyyət göstərən çoxlu sayda şirkətlə əməkdaşlıq edirik. Onlar fəaliyyətlərində bizim məhsullardan bilavasitə istifadə edir.

Fikrimcə, əvvəllər biz sərgi fəaliyyəti ilə yeni məşğul olanda effekt daha böyük idi. Texnologiyaların və rəqəmsal dünyanın hazırki inkişafını nəzərə alaraq, canlı ünsiyyət tədricən azalır. Təbii ki, bunun baş verməməsini istərdim. Axı canlı fikir və təcrübə mübadiləsi daha effektivdir. Enerji kimi mühafizəkar sahə insan amili, şəxsi görüşlər və danışıqlar tələb edir. Təbii ki, gələn il də bu sərgidə iştirak etməyi planlaşdırırıq.

Oleq Beydik, “Metz” şirkətinin (MİNSK ELEKTROTEXNİKA ZAVODU) marketinq mütəxəssisi

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN