Süni intellekt enerji sənayesinin ümumi mənzərəsinə daxil edilir

Süni intellekt enerji sənayesinin ümumi mənzərəsinə daxil edilir

10 i̇yun 2024 0000

Mən layihə mühəndisi və inşaat mühəndisləri üçün təlimçi qismində fəaliyyət göstərirəm və burada məni ən çox enerji, neft və qaz ekspozisiyaları maraqlandırır. Mən Birləşmiş Krallıqdanam, amma bu yaxınlarda Abu Dabiyə köçmüşəm. Mən Aberdeen şəhər Şurasını təmsil edirəm və burada olmaqdan məqsədim davamlı enerji həlləri və külək enerjisini necə transformasiya edə biləcəyimiz ilə bağlı fikirlərlə tanış olmaqdan ibarətdir. ADNOC stendi onların süni zəkanı daha böyük mənzərəyə necə daxil etməyə başladıqlarını nümayiş etdirir və buna görə də olduqca maraqlıdır. Ümumilikdə, bügunki səfərim zamanı vurğulamaq istədiyim əsas məqam ondan ibarətdir ki, süni intellekt enerji sektoruna getdikcə daha çox təsir göstərir. Bu tədbirdə iştirak etmək mənim şəxsi təşəbbüsüm idi, belə ki, mən istənilən halda ölkəni ziyarət etməyi planlaşdırırdım və sərginin mənim illik məzuniyyətimlə eyni vaxta düşməsi əla bir fürsət oldu. Beləliklə, rəsmi olaraq mən məzuniyyətdəyəm, lakin sərgini görmək və Böyük Britaniyaya yaxşı ideyalar gətirmək imkanından da istifadə edirəm.

Mən ölkəyə indicə gəlmişəm və bu mənim Azərbaycana ilk səfərimdir, ona görə hələ də ətrafla tanış olmağa çalışıram.

Teodoros Andreu
Layihə mühəndisi
Aberdin Şəhər Şurası, Böyük Britaniya


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN