Sərgidə şirkətimizin imici daha da gücləndi

Sərgidə şirkətimizin imici daha da gücləndi

2 i̇yun 2025 0000
Fənarə İsgəndərova
R&M Electrical Group Ltd şirkətində biznes inkişafı üzrə mütəxəssis
 
R&M Electrical Group olaraq, geniş təcrübəmiz və zəngin məhsul çeşidimiz ilə müştərilərimizə yüksək keyfiyyətli elektrik məhsulları təqdim edirik. Bizim portfelimizdə kabel, işıqlandırma, qablaşdırma materialları və digər elektrik komponentləri yer alır. Şirkətimizin elektrik sahəsindəki dərin bilikləri və təchizat zənciri idarəetmə təcrübəsi müştərilərimizə yalnız məhsul təklif etməkdən daha çox, həm də onların xüsusi ehtiyaclarına uyğun həllər yaratmağa imkan verir. 
 
Bu il R&M Electrical Group şirkəti Baku Energy Week 2025 sərgisində iştirak edir. Keçən il, 2024-cü ildə, ilk dəfə sərgidə iştirak etdik və sərgidəki təcrübəmiz çox faydalı oldu. O vaxt biz sərginin strukturunu, məhsul təqdimatlarını və sektorun ən son yeniliklərini diqqətlə izlədik. 2025-ci ildə iştirakımız daha da əhəmiyyətlidir, çünki bu il sərgiyə daha ciddi hazırlıqla gəldik. Bizim bu ilki iştirakımız daha böyük və genişdir, çünki sərginin 30 illiyi münasibətilə biz həm məhsullarımızı daha geniş təqdim edirik, həm də qlobal bazarda əməkdaşlıq etdiyimiz partnyorlar və distribyutorlarla bir araya gələrək ikitərəfli danıçıqlar aparırıq..
 
Sərgidə iştirakımızın müsbət nəticələri artıq özünü göstərir. Biz yeni müştərilər əldə etdik və şirkətimizin imici daha da gücləndi. Stendimizdə yalnız məhsullarımızı təqdim etməklə kifayətlənmədik, həmçinin Azərbaycanda və qlobal səviyyədə əməkdaşlıq etdiyimiz partnyorlar və distribyutorlar da iştirak edərək daha geniş auditoriyaya xidmətlərimizi tanıtdılar. Bu, həmçinin yeni iş imkanları yaratdı və bizim mövqeyimizi bazarda daha da möhkəmləndirdi. Sərgidə əldə etdiyimiz əlaqələr
və müştəri geri dönüşləri bizə gələcəkdə daha da uğurlu layihələr və əməkdaşlıqlar qurmaq üçün böyük imkanlar təqdim edir.

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN