Sərgidə iştirakım mənim üçün çox uğurlu oldu!

Sərgidə iştirakım mənim üçün çox uğurlu oldu!

4 i̇yun 2025 0000
Nərgiz İskəndərli,
“IST” şirkətinin satış üzrə mütəxəssisi


Təmsil etdiyim şirkət ümumi əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması sahəsində kompleks təlimlərin təşkili üzrə ixtisaslaşıb. Biz neft-qaz, energetika və tikinti sahələrində texniki təhlükəsizlik üzrə təlimlər keçirir, daha sonra isə müəssisə əməkdaşlarının sertifikatlaşdırılmasını təmin edirik.

Bu sərgidə uzun illərdir fəal əməkdaşlıq etdiyimiz bir çox müəssisə və şirkət iştirak edirdi. Lakin hər bir inkişafda olan tədbirdə olduğu kimi, burada da yeni şirkətlər – ölkəmizdə fəaliyyətini yeni başlayan və ya bazara daxil olan şirkətlər mövcuddur. Məqsədimiz onlara imkanlarımızı nümayiş etdirmək və yeni işgüzar əlaqələr qurmaqdır. Bu baxımdan sərgidə iştirakım mənim üçün çox uğurlu keçdi. Burada açılan perspektivlər, iştirakçı şirkətlərin nümayəndələri ilə ünsiyyət zamanı yaranan əlaqələr gələcəkdə fəal əməkdaşlığa böyük ümid verir.

Sərginin təşkilatçılarını bu əlamətdar yubiley münasibətilə təbrik etmək istərdim. Belə genişmiqyaslı bir tədbirin 30 ildir keçirilməsi dövlətimizin sabitliyinin, iqtisadi gücünün və ölkəmizin biznes üçün cəlbedici olmasının göstəricisidir. Sizə gələcək fəaliyyətinizdə daha da böyük uğurlar və inkişaf arzulayıram!

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN