Şirkətimiz neft-qaz sektorunda yerli və xarici şirkətlərə diaqnostika və texniki xidmət, kalibrləmə laboratoriyası xidmətləri, eləcə də kimyəvi laboratoriya xidmətləri göstərir. Bizim Türkiyədə, Gürcüstanda filiallarımız var, BP, Socar və digərləri kimi iri yerli şirkətlərlə əməkdaşlıq edirik. Biz yüksək gərginlikli transformatorlar və rele mühafizəsi sınaqlarına texniki xidmət göstəririk. Şirkətimiz geniş çeşiddə avadanlıqlara həm laboratoriyada, həm də yerində yüksək keyfiyyətli kalibrləmə, profilaktik texniki xidmət və təmir xidmətləri təklif edir.
Bu gün Caspian Power sərgisində biz xüsusilə xromatoqrafı təqdim edirik. Qaz sızmalarını aşkar etməyə kömək edən infraqırmızı kameralar satırıq. Bu kameralara neft-qaz sektorunda kifayət qədər tələbat var. Biz həmçinin sıfırdan kalibrləmə üçün avadanlıq təklif edən Meatest-in distribyutoruyuq.
Bu mötəbər sərgidə üçüncü dəfə iştirak etməklə şirkət öz xidmətlərini beynəlxalq səviyyədə təklif etməyə çalışır. İstəyirik ki, müştərilərimiz başa düşsünlər ki, bizim profilaktik baxım onların ölçü alətlərinin dəqiq işini təmin edir. Müştərilərin təhlükəsizliyə inanması önəmlidir. Bu baxımdan düzgün və dəqiq ölçmə çox vacibdir.
Qeyri-dəqiq ölçmələr bahalı iqtisadi nəticələrə səbəb ola bilər. Ümid edirik ki, yaxın illərdə biz də dünya bazarına çıxa biləcəyik. Sərgidə sonuncu iştirakımız zamanı xromatoqraflar və digər ölçü alətləri istehsal edən “Metachrome” şirkəti ilə memorandum imzaladıq. Bu il gələcəkdə əməkdaşlıq etmək istədiyimiz yerli və xarici şirkətlərin siyahısını tərtib etmişik. Bu cür sərginin keçirilməsi enerji sektorunun və neft-qaz sektorunun inkişafında çox böyük əhəmiyyət daşıyır.. Ziyarətçilər şirkətlərin müxtəlif xidmətləri ilə tanış ola, məhsullara baxa və təcrübə mübadiləsi apara bilərlər.
Emin Məmmədov, CBM Engineering şirkətinin kalibrləmə şöbəsinin müdiri