Mən Almaniyadanam, enerji sektoru da daxil olmaqla sürtgü məhsullarının istehsalında ixtisaslaşmış "Fuchs Lubricants Germany" şirkətini təmsil edirəm. Bakıda biznes tərəfdaşları ilə görüşlərimiz var idi və bu fürsətdən istifadə edərək sərgidə iştirak etmək qərarına gəldik. Bu bazarda kimin təmsil olunduğunu və iştirakçı şirkətlərin nə təklif etdiyini görmək maraqlı idi. Böyük Alman pavilyonunu görmək və həmkarlar ilə görüşmək sevindirici idi. Eyni zamanda, biz yeni şirkətlərlə də bir sıra görüşlər keçirdik, perspektivli əməkdaşlıq imkanlarını müzakirə etdik.
Mən həmişə sərgilərin keçirilməsini tam şəkildə dəstəkləyirəm. Heç bir onlayn ünsiyyət və ya yazışma üz-üzə görüşləri əvəz edə bilməz. Üz-üzə ünsiyyət, yeni bir məhsulu "hiss etmək" və sınamaq, şirkət mütəxəssisinin tövsiyələrini eşitmək imkanı – bu cür imkanları yalnız sərgi təmin edir. Bütün bunların bir anda və bir məkanda edilə biləcəyini əlavə etsək, sərginin səmərəliliyi daha da artır. Güman edirəm ki, Bakı sərgisi bütün bu meyarlara cavab verir.
Filip Oldenburger, "Fuchs Lubricants Germany"şirkətinin Biznesin İnkişafı üzrə meneceri