İlham Həsənov, Santral Elektrik QSC-nin Baş Direktoru
2000-ci ildə təsis olunmuş “Santral Elektrik” şirkəti öz sahəsində Azərbaycanın iri ticarət şəbəkələrindən biridir. Şirkətimiz fərdi yaşayış evlərinin abadlaşdırılması və istehsal müəssisələrinin müxtəlif avadanlıqlarla təmin olunmasına yönəlmiş fəaliyyəti ərzində Azərbaycanın ən tanınmış və müasir satış mərkəzinə çevrilmişdir. Geniş çeşidli və keyfiyyətli məhsullar, sərfəli qiymət və peşəkar xidmət göstərməyimiz sayəsində bu statusa layiq görülmüşük. Bakının müxtəlif yerlərində fəaliyyət göstərən 4 satış nöqtəmiz mövcuddur.Biz bu mağazalarda 25-30 min məhsul çeşidlərimizi müştərilərə təklif edirik
Biz aparıcı Avropa və Asiya istehsalçıları ilə strateji əməkdaşlıq aparırıq. Bu, “Santral” şirkətinə müştəriləri üçün yeni, innovativ və eksklüziv məhsullar haqda məlumat verməyə imkan yaradır. Təchizat zəncirinin hər bir mərhələsini optimallaşdırmağımız və təchizatçılarla uzunmüddətli əməkdaşlıq etməyimiz, müştərilərimizə təklif olunan yüksək keyfiyyətli məhsulları sərfəli qiymətə əldə etmək imkanı verir.
Caspian Power 2023 sərgisində ən yeni və müasir kompressorlar, generatorlar, kimyasal maddələr, avtomatika, açar elektrik yuvaları, işıqlandırmasistemləri, kabellər və alətlər ümayiş olunacaq. Bütün məhsullarımızın unikal xüsusiyyətlərini - yüksək keyfiyyəti, sərfəli qiymətləri, geniş və fərqli çeşidlərini - qeyd edə bilərəm.
Bu sərgidə ilk dəfə deyil ki iştirak edirik və bu tədbirin biznesimizə müsbət təsirini hər zaman müşahidə etmişik. Bu il də əsas məqsədimiz yeni müştərilərin tapılmasına və yerli və xarici şirkətlərlə əməkdaşlığimizin artmasına əminik.