Infypower şirkətinin Azərbaycanın elektromobil bazarına ilk addımı

Infypower şirkətinin Azərbaycanın elektromobil bazarına ilk addımı

2 i̇yun 2025 0000
Qalina Pan, Satış Meneceri, EMEA Satış Departamenti, Shenzhen Infypower Co., Ltd

Infypower 2014-cü ildə elektronika sahəsində 20 ildən artıq təcrübəyə malik mühəndislər komandası tərəfindən təsis edilmiş şirkətdir. On ildən çoxdur fəaliyyət göstərən Infypower ilkin olaraq enerji modullarının təchizatı ilə məşğul olub, zamanla fəaliyyət sahəsini genişləndirərək enerji yığma sistemləri və şarj qurğuları kimi məhsullar təqdim etməyə başlayıb. Bu gün şirkət yalnız Çində deyil, Almaniya, ABŞ və Vyetnam kimi ölkələrdə də istehsal müəssisələrinə sahib beynəlxalq bir marka kimi fəaliyyət göstərir.

Bu il Infypower ilk dəfə olaraq Azərbaycanda keçirilən sərgidə iştirak edir. Tədbirin əhəmiyyəti isə onun 30 illik yubileyinə təsadüf etməsidir. Infypower bu sərgini Azərbaycan bazarına daxil olmaq və yeni əməkdaşlıqlar qurmaq baxımından böyük fürsət kimi qiymətləndirir. Şirkət burada potensial biznes tərəfdaşları ilə tanış olmaq niyyətindədir və xüsusilə ölkədə inkişaf edən elektromobil sahəsinə maraq göstərir.

Sərgidə Infypower, ictimai istifadəyə uyğun elektromobil şarj stansiyalarının qurulmasında dəstək göstərə biləcək etibarlı yerli tərəfdaşlar axtarır. Şirkət hesab edir ki, elektromobil şarj avadanlıqları bazarı böyük inkişaf potensialına malikdir və davamlı enerji həllərinə artan tələbatı qarşılamaq üçün yerli şirkətlərlə əməkdaşlıq etməyə böyük maraq göstərir.

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN