Enerji sektorunda Cənubi Qafqazın ən böyük tikinti, layihələndirmə və mühəndislik şirkəti olan “AZENCO” ASC əvvəlki illərlə müqayisədə daha güclü və dəyərli bir şirkətə çevrilmişdir. Hədəfimiz mövcud olduğumuz və əməkdaşlıq etdiyimiz regionlarda – Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Ukraynada, Özbəkistanda, Qırğızıstanda və Avropa ölkələrində - ən yaxşı tikinti və mühəndislik şirkəti olmaqdır. “AZENCO” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. Bundan əlavə, şirkət elektrik stansiyaları,yarımstansiya və elektrik verilişi xətlərinin bərpası üzrə müvafiq xidmətlər də təklif edir. “Baku Energy Week” çərçivəsində keçirilən “Caspian Power” sərgisində şirkətimiz bütün bu geniş imkanlarımızı sərgi ziyarətçilərinə, yerli və xarici mütəxəssislərə təqdim edəcək. Orta və uzunmüddətli perspektivdə, güclü liderliyi, böyük təcrübəsi və səmərəli biznes modeli ilə “AZENCO” ASC sürətlə inkişaf edən dünyada fəaliyyət göstərən ən böyük tikinti və mühəndislik şirkətlərindən biri kimi biznesini uğurla inkişaf etdirmək və genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Hesab edirəm ki, şirkətimizin inkişafında mühüm addımlardan biri “Caspian Power” kimi beynəlxalq sərgilərdə iştirakdır. Sərgi bizim üçün potensialımızı geniş ictimaiyyətə nümayiş etdirmək, daxili və beynəlxalq bazarlarda əməkdaşlığı qurmaq və genişləndirmək üçün imkanlar açır. Pərviz Hacıyev, “AZENCO” ASC-nin İdarə Heyətinin sədri