“Helind” şirkəti tədqiqat, istehsal, satış və xidmət sahələrini özündə birləşdirən və güclü elmi-tədqiqat imkanlarına malik yüksək texnologiya müəssisəsi olan “Solax”ın distribütorudur. İndiyədək “Solax” məhsulları 500-dən çox beynəlxalq sertifikata layiq görülüb ki, bu da bazarda ona tələbatın olmasından xəbər verib. “Solax” şirkəti müştəriləri üçün günəş enerjisinə əsaslanan təmiz və davamlı gələcəyə zəmanət verir. Günəş enerjisi həllərinin aparıcı qlobal təchizatçısı və Asiyanın ilk hibrid invertor istehsalçısı kimi “Solax” 10 il ərzində dünya üzrə 2000-dən çox əməkdaşı olan çoxmillətli korporasiyaya çevrilib.
“Caspian Power” sərgisində biz bərpa olunan enerji ilə bağlı bir sıra cihaz və qurğuları nümayiş etdiririk. Bura əsasən günəş panellərindən enerji alan invertorlar, estetik cəhətdən xoş dizayna malik kompakt akkumulyator qurğuları və elektrik avtomobilləri üçün şarj cihazları daxildir. Artıq sərgilərdə iştirak təcrübəmiz var. Ümid edirik ki, “Caspian Power” sərgisi sayəsində özümüzü daha çox tanıda biləcəyik. Bu, potensial müştərilərlə görüşmək üçün çox yaxşı imkandır, çünki sərgilər həmişə həm yerli sakinlərin, həm də əcnəbilərin diqqət mərkəzində olur.
Hazırda biz potensial tərəfdaşlarla danışıqlar aparırıq. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Yaşıl Dünya”ya həsr olunmuş ayrıca sərginin təşkil edilməsini çox istərdim.
Orxan Quluzadə, “Helind” şirkətinin biznes meneceri