Gələcək əməkdaşlıqlar üçün yerli bazarı öyrənirik
4 i̇yun 2025
0000
Artyom Kustov,
"Podolskkabel" ASC-nin Satışlar üzrə Direktoru
Biz Bakıya gəlməklə Azərbaycanın bizim üçün tamamilə yeni olan bazarını kəşf etmək istədik. Hal-hazırda Belarus Respublikası, Qazaxıstan və Özbəkistanla sıx əməkdaşlıq edirik, lakin Azərbaycanda hələlik fəaliyyət göstərmirik. Bu səbəbdən də qərara gəldik ki, yerli bazarı öyrənərək gələcək əməkdaşlıq üçün zəmin yaradaq.
Şirkətimiz neft-qaz və enerji sektorlarında tələbat görən dalma kabellərinin Rusiyadakı iri istehsalçılarından biridir. Eksklüziv texnologiyalara sahibik- məsələn, izolyasiya örtüyü radiasiya ilə işlənən iki xüsusi kabel sürətləndiricisini təqdim edə bilərik. Bu məhsullar aqressiv mühitlərdə yüksək davamlılıq nümayiş etdirmiş, həm yerli, həm də xarici sərgi iştirakçılarının marağına səbəb olmuşdur.
SOCAR, Baku Steel Company və bir sıra mühəndislik şirkətlərinin nümayəndələri ilə maraqlı görüşlər keçirdik. Əməkdaşlıq üçün ortaq məqamlar tapdıq və ilkin addımları müəyyən etdik. Sərgidən çox razı qaldıq. Ümid edirik ki, gələn il artıq burada kommersiya müqavilələri imzalamağa gələcəyik. Qarşıdakı il bu bazarın iqtisadi baxımdan bizim üçün nə dərəcədə maraqlı olacağını və rəqibləri müəyyən etməyə imkan verəcək. Əgər hər şey plan üzrə getsə, bu bazara daha dərin daxil olmağı, marketinq fəaliyyətimizi gücləndirməyi və gələcək sərgilərdə iştirak etməyi planlaşdırırıq. Düşünürəm ki, sərgi gözləntilərimizi tam doğrultdu. İlkin əlaqələrin qurulması, davamlı tərəfdaşlıqların yaradılması və bu sahənin strukturunun təhlili baxımından sərgiyə qatılmağımız düzgün addım oldu.