Elektrik, İstilik və Qaz Sistemləri sənayesində ölkənin aparıcı şirkəti

Elektrik, İstilik və Qaz Sistemləri sənayesində ölkənin aparıcı şirkəti

15 may 2023 0000

Güllü Zeynalova, “Sensemi DMCC” şirkətinin Marketinq üzrə meneceri

Sensemi DMCC, sənaye sektorunda və bazarda 40 illik təcrübə və fəaliyyətinə arxalanaraq, müxtəlif fəaliyyət sahələrinin ehtiyaclarını qarşılamaq üçün təsis edilmiş şirkətlər qrupudur. Şirkət bir sıra sənaye sahələrini əhatə edir. Buna, yüksək keyfiyyətli elektrik avadanlıqları, avtomatlaşdırma layihələrinin həyata keçirilməsi, mərkəzi istilik sisteminin idarə edilməsi və ictimai nəqliyyat aiddir.Bizim satış şöbəmiz elektrik şəbəkəsi üçün nəzərdə tutulmuş orta və aşağı gərginlikli elektrik cihazlarının geniş çeşidlərinin tədarükünü de həyata keçirir. Bütün məhsullara, yüksək keyfiyyətə və üzün müddətli istifadəyə zəmanət verilir.

Sensemi Sənaye Qrupu yüksək keyfiyyətli məhsulların geniş çeşidi ilə ölkənin, dövlət və özəl sektorunda Elektrik və İstilik Sistemləri sənayesində aparıcı şirkətlərdən biridir. Bundan əlavə, 40 ildən artıq olan təcrübə əsasında, məhsullarımız yüksək keyfiyyət, dəqiqlik, həssaslıq, etibarlılıq və yüksək işlənmə dərəcəsi ilə qəbul edilir və tanınır. Şirkət həmçinin MCB açarlarının istehsalında misilsiz təcrübəyə malikdir.

Hazırda Sensemi şirkəti smart qaz və su sayğaclarını istehsalatını genişləndirir və Sumqayıt Sənaye Zonasında Smart elektrik, qaz sayğacları və həmçinin MCB-lər üçün yerli istehsal xətti qurmağı planlaşdırır.

Caspian Power 2023 sərgisində aşağıdakı məhsullarımızı təqdim edəcəyik: AMI-AMR smart tipli Elektrik və Qaz sayğacları; Geniş çeşidli aşağı gərginlikli paylayıcı qurğuları (miniatür dövrə açarları, qalıq cərəyan açarları, köməkçi qurğu və açarlar);Aşağı gərginlikli paylayıcı qurğuları və güc sayğacları üçün elektrik komponentləri; beton yastıq üzərində quraşdırılmış kompakt yarımstansiyalar. Həmin məhsullar Avstriya, Almaniya, Kanada və bir sıra başqa ölkələrin şirkətləri ilə birlikdə istehsal olunur.

Həmçinin sərgi ziyarətçilərinə öz fəaliyyətlərimiz haqqında məlumat veriləcək. Bunlar arasında Elektrik və qazın intellektual ölçülməsi; Smart tipli elektrik şəbəkələri üzrə konsultasiya; İctimai nəqliyyat sektorunda əməkdaşlıq; fərdiləşdirilmiş MDM və AMI sistemləri üzərində ararilan işlər və s.

Bakı Enerji Həftəsinin möhtəşəm keçəcəyindən əminik. Bizim gözləntimiz, məhsulumuzun tanıtımı, sərgilənməsi və yeni partnyorların, tərəfdaşların cəlb edilməsidir.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN