Şirkətimiz Leatek xarici məhsulların Azərbaycana tədarükü ilə məşğuldur. Hər il Caspian Power sərgisində iştirak edirəm. Burada çox sayda müxtəlif yerli və xarici markaların təqdim edilməsindən çox məmnunam. Məni əsasən lampalar, elektrik cihazları, kabellər maraqlandırır. Mən həmişə stendlərdən elektrik avadanlıqları haqqında yeni məlumatlar əldə edə bilirəm.
Birinci zalda Mən SOCAR şirkəti ilə, eləcə də sərgidə iştirak edən coxsaylı digər xarici şirkətlərlə danışıqlar apardım. Azenco şirkətinin nümayəndələri ilə fikir mübadiləsi apardıq. İkinci salonda əsasən təchizatçılar cəmləşib və onlarla əlaqə mənim üçün çox vacibdir.
Sərgiyə məhsullarımız üçün yeni alıcılar tapmaq məqsədi ilə gəlmişəm. Həm də iştirakçıların tikinti layihələri haqqında daha çox məlumat əldə etmək və onlara xidmət və avadanlıqlarımızı təklif etmək istərdim. Daimi qonaq kimi deyə bilərəm ki, sərgidən xoş xatirələr qalırsa, deməli, o, mükəmməl təşkil olunub. Təşkilat sahəsində heç bir nöqsan görmədim. Sərgiyə gəlməzdən əvvəl qarşımda qoyduğum bütün məqsəd və vəzifələri yerinə yetirə bildim.
Sonrakı illərdə daha çox şirkətlə görüşmək istərdim. Hesab edirəm ki, bu cür sərgilər bu sahənin inkişafında çox mühüm rol oynayır. Belə ki, sərgidə mütəxəssislər və iş adamları bir araya gəldiyinə görə bütün şəhəri gəzməyə, hər ofisə baş çəkməyə ehtiyac qalmır. Lazım olan hər şeyi bir anda tapa bilirsiniz və ən başlıcası, potensial tərəfdaşlarla canlı əlaqə qura bilirsiniz. Gələn il də sərgini ziyarət etməyə məmnuniyyətlə hazıram.
Zaur Sayfulin, Leatek şirkətinin Biznesin İnkişafı üzrə meneceri