"Caspian Power" gələcək inkişafımıza töhfə verəcək
4 i̇yun 2025
0000
Albert Konon,
"Ogelektrolab" şirkətinin sənaye əlaqələri şöbəsinin rəhbəri
Şirkətimiz neft-servis şirkətləri üçün elektronikanın kontakt yığılması ilə məşğuldur. ‘Ogelektrolab’ fəaliyyətinə yaxın zamanda başlayıb və bizim üçün sərgi potensialımızı və imkanlarımızı təqdim etmək, bazarın iştirakçıları ilə işgüzar əlaqələr qurmaq və biznesimizi genişləndirmək baxımından mühüm bir alətdir. Biz Azərbaycanda elektronikanın lokallaşdırılması üzrə xaricdən idxal etmədən, texnikanın alınması və təmiri imkanları ilə birgə xidmətlər təklif edirik. Bununla yanaşı, artıq xarici bazarlarda da fəal işləyirik. "Caspian Power" sərgisində iştirakımızı yerli şirkətlərlə daha yaxın təmas qurmaq üçün uğurlu fürsət kimi qiymətləndiririk. Sərgidə bu cür şirkətlər kifayət qədər təmsil olunub. Məhsullarımıza maraq böyük oldu, bu da bizim üçün yeni layihələrə və tenderlərə qoşulmaq imkanları açdı.
Gələcəkdə sərgidə öz stendimizlə iştirak etməyi də düşünürük. Bu sərgi bir çox suallara cavab tapmağa kömək etdi. İlk növbədə, bu tədbir yeni bir layihənin yəni şirkətimizin startı üçün çox faydalı oldu. Burada yalnız yeni əlaqələr qurmadıq, həm də sənayenin bəzi tərəflərini və istiqamətlərini kəşf etdik ki, əvvəllər onları təsəvvür belə etməzdik. Əminəm ki, "Caspian Power" gələcək inkişafımıza və irəliləyişimizə ciddi dəstək verəcək.