Boru kəməri nəqliyyatında yeni tendensiya

Boru kəməri nəqliyyatında yeni tendensiya

16 may 2023 0000

Vadim Şvarts, Satış üzrə Direktor, Fibron Pipe Gesellschaft m.b.H.

"FibronPipe GmbH" şirkəti 2019-cu ildə Almaniyada yaradılıb və 22 fəaliyyət göstərən zavodu və 9 mindən çox səlahiyyətli işçini birləşdirən "Radıus Group" şirkətlər qrupuna daxildir. Qrupun dövriyyəsi 1 milyard avrodan çoxdur. Şirkətin polimerlə gücləndirilmiş boru kəmərlərinin istehsalı üzrə əsas müəssisəsi Avstriya / St. Valentində yerləşir.

Şirkət boru kəməri nəqliyyatında yeni tendensiya və mərhələ olan məhsul - şüşəlifli gücləndirilmiş təbəqələrlə möhkəmləndirilmiş üç qatlı monolit termoplastik kompozit boru istehsal edir. Məhsul korroziyaya davamlılığı, boruların daxili divarlarında çöküntülərin olmaması, uzun ömürlülüyü, obyektdə sürətlə quraşdırılması və aşağı xərcləri ilə xarakterizə olunur. Həmçinin məhsullar atmosferə zərərli maddələrin minimal emissiyası ilə istehsal olunur.

Boru kəmərləri 16...210 bar təzyiqli mühitlər daxil olmaqla, qaz halında olan və maye mühitlərin ötürülməsi üçün nəzərdə tutulub, müxtəlif şəraitlərdə fəaliyyət göstərən neft-qaz şirkətləri arasında özünü təsdiq edib.

"FibronPipe GmbH" tərəfindən istehsal olunan polimerlə gücləndirilmiş boru kəmərlərinin unikallığı ən son materiallardan, süni intellekt texnologiyalarından istifadə etməklə boru kəmərlərinin layihələndirilməsi və istehsalıdır. Dizayn xüsusiyyətlərinə görə, ötürmə qabiliyyəti oxşar diametrli polad boru kəmərlərini 30..60% üstələyir, boru kəmərləri korroziya aşınmasına, boruların daxili divarlarında çöküntülərə məruz qalmır.

Şirkət, mayelərin, o cümlədən yüksək təzyiq altında daşınması ilə məşğul olan neft və qaz hasil edən, emal edən və digər şirkətlər üçün boru kəməri sistemləri ilə bağlı problemli məsələlərinin həllinə çevik yanaşma təklif edir.

Biz müştərilərimizə Azərbaycanda layihələndirmə, quraşdırma və xidmət üzrə dəstəyi, həmçinin mümkün güzəştli ödəniş şərtlərini təklif edirik.

"Caspian Power" sərgisində iştirakımızın məqsədi boru kəməri sistemlərində polad boru məhsullarından istifadə edən təşkilatlara texnologiyaların inkişafı, boru kəməri sistemlərinin xərclərinin optimallaşdırılması üçün "imkanlar pəncərəsi"nin mövcudluğu, boru kəməri sistemlərinin işinin keyfiyyətcə yaxşılaşdırılması və yeni texnologiyaların tətbiqi ilə bağlı yeni imkanlar barədə məlumat verməkdir. Eləcə də neft-qaz fəaliyyətinin digər sahələrində və istiqamətlərində tətbiq olunan texnologiyalara baxışın formalaşdırılması, potensial əməkdaşlıq dairəsinin genişləndirilməsini nəzərdə tuturuq.

Sərgilərin formatını biznesin inkişafı üçün təsirli vasitələrdən biri hesab edirik, məhsullarımıza maraq göstərilməsini, yeni tanışlıqları və fəaliyyət dairəmizin genişlənməsini gözləyirik.


RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN