Vyaçeslav Vikentyev, Baş İcraçı Direktor OCEAANIXX Bakı
“Oceaanixx” Almaniyanın Berlin şəhərində yerləşən, logistika və təchizat zənciri proqramları hazırlayan beynəlxalq ekspeditor şirkətidir.
“Caspian Oil&Gas 2023” sərgisi zamanı biz irihəcmli, sənaye, layihə yüklərinin, maşınqayırma, neft, enerji sənayesi üçün yüklərin daşınması, dəniz, hava, avtomobil yolu, dəmir yolu ilə göndərişlər, konsolidasiya həlləri və gömrük rəsmiləşdirilməsi sahəsində təcrübəmizdən danışmaq istəyirik.
“Oceanixx” ümumi brend altında bir araya gəlmiş uğurlu yerli şirkətlərin birləşməsi nəticəsində formalaşan, dünya üzrə geniş ofislər şəbəkəsinə malik olan qlobal şirkətdir.
Beləliklə, sərgidə iştirak edən “Oceaanixx”in Bakı ofisi əməkdaşlarının harada olmasından asılı olmayaraq, bütün şirkətin təcrübəsini cəlb etməklə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da xidmətlər göstərə biləcək.
“Oceaanixx” sərgidə ilk növbədə özünü bazarda yeni brend kimi elan etmək, eləcə də sərgi iştirakçıları, potensial müştərilər və logistika sənayesindəki tərəfdaşlarla tanış olmaq məqsədilə iştirak edir.