Azərbaycan şirkətlərini yaxından tanımaq bizim üçün vacibdir

Azərbaycan şirkətlərini yaxından tanımaq bizim üçün vacibdir

7 i̇yun 2024 0000
Bizin bütün dünyada fəaliyyət göstərən şirkətimiz elektrik laboratoriyalarının test edilməsi sahəsində ixtisaslaşmışdır. 27 ildən artıqdır ki, bazarda enerji auditi keçiririk. Sərgi iştirakçıları arasında artıq əməkdaşlıq etdiyimiz və xidmətlərimizi mütəmadi olaraq təqdim etdiyimiz bir neçə şirkət var. Belə tərəfdaş şirkətlərdən biri də Qazpromdur. Transneft şirkəti də bizim müştərilərimiz arasındadır.
Bundan əlavə mən yerli Azərbaycan şirkətləri ilə daha yaxından tanış olmaq və gələcəkdə uğurla nəticələnəcək və uzunmüddətli əməkdaşlığa gətirib çıxaracaq görüşlər keçirmək istərdim. Mənim səfərimin məqsədi budur: yeni əlaqələr qurmaq, danışıqlar aparmaq, təcrübə mübadiləsi keçirmək və potensial müştərilər və bizim üçün uyğun tərəfdaşlıq şərtlərini tapmaq.
Sərgi çox maraqlı və geniş miqyaslıdır. Mənim fikrimcə, belə sərgilərin keçirilməsi çox gözəl təşəbbüsdür. Şirkətlərə öz aralarında işgüzar münasibətlər qurmağa, müştəri tapmağa, yeni layihələrdə iştirak etməyə və həm yerli, həm də dünya bazarında özlərini tanıtmağa kömək edirlər. Sərginin təşkil edilməsini çox bəyəndim. Həm özüm üçün, həm də şirkətimizin inkişafı üçün bir çox lazımi məlumatları öyrəndim. Çox şadam ki, Bakıya gəlmişəm. Gələn il mütləq yenidən gələcəyəm.
Yuliya Tenişeva, "Prommaş test"MMC-nin aparıcı layihə meneceri

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN