Aşağı gərginlikli avadanlıqların istehsalında tanınmış lider
31 may 2023
0000
Çjan Yunçze, CHINT Electric şirkətinin direktoru
Əsası 1984-cü ildə qoyulan CHINT Electric 45 000-dən çox işçisi və dünya üzrə 37 fabriki ilə hazırda 140 ölkədə fəaliyyət göstərən qlobal korporasiyadır. 2022-ci ildə şirkətin dövriyyəsi 22 milyard dollara çataraq, CHINT Korporasiyasına Cənubi Asiya regionunda TOP-50 özəl şirkətin sırasına daxil olmağa və elektrik sənayesində birinci olmağa imkan verdi. CHINT Group Çin və Cənub-Şərqi Asiyada 1000V-ə qədər olan avadanlıqlar üzrə 36% və bütövlükdə elektrik avadanlıqları seqmenti üzrə 22% bazar payına malikdir.
CHINT aşağı gərginlikli avadanlıqların istehsalı, günəş enerjisi, binaların avtomatlaşdırılması və sənaye prosesləri, yeni materialların hazırlanması və istehsalı sahəsində tanınmış liderdir. CHINT Korporasiyasında məqsədi 6-dan 1150kV-a qədər elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün avadanlıqların istehsalı olan bölmə 2004-cü ildə yaradılmışdır. Əsasını Çin, Avropa və Cənubi Amerikada doqquz ən böyük müəssisə təşkil edirdi. Hazırda o, CHINT-in tərkibində aparıcı biznes olub, illik ən azı 20% artımla şirkətin ümumi dövriyyəsinin 25%-ə qədərini təmin edir. İstehsal sahələrinin ümumi sahəsi 90 hektardır və burada 5000-dən çox işçi və mütəxəssis çalışır. Şirkətimiz istehsalın avtomatlaşdırılmasına, keyfiyyət standartlarına, elmi və texnoloji yeniliklərə, son müştərilər üçün xidmətin inkişafına xüsusi diqqət yetirir. Bütün avadanlıqlar öz laboratoriyalarımızda sınaqdan keçirilir, həmçinin Avropanın ASTA və KEMA şirkətləri tərəfindən sertifikatlaşdırılır.
Enerji sistemində enerji təchizatı, saxlanması, ötürülməsi, paylanması və istehlakına diqqət yetirən CHINT əsas biznes sahələri kimi təmiz enerji istehsalı, enerji paylanması, böyük məlumatların emalı və əlavə enerji təchizatı xidmətlərini də nəzərdən keçirməkdədir. CHINT-in digər əsas fəaliyyətlərinə fotovoltaik avadanlıqların təchizatı, enerjinin yığılması və saxlanması, ötürülməsi və paylanması, aşağı gərginlikli avadanlıqlar, intellektual terminallar, proqram təminatının hazırlanması və idarəetmənin avtomatlaşdırılması daxildir. Platformalaşdırmanın inkişafı ilə CHINT regional ağıllı enerji ekosisteminin yaradılması yolu ilə dövlət qurumları, sənaye istehlakçıları, kommersiya müəssisələri və son istifadəçilər üçün enerji həlləri paketini təqdim edir.
Sərgidə iştirakın əsas məqsədi yeni məhsulların reklamı, xidmət və malların təşviqi, onların satışı, müqavilələrin bağlanması, investorların cəlb edilməsi, tərəfdaşların axtarışıdır.
Sərgilərdə iştirak bazara təsir etmək, Azərbaycan bazarında brendimizin tanınmasını artırmaq, bazarı araşdırmaq baxımından böyük potensiala malikdir. Ekspozisiyalar məlumat, təcrübə mübadiləsi üçün əla vasitə olub, eyni məhsulları keyfiyyət və qiymət baxımından müqayisə etmək imkanı verir.