Şirkətim “Glisic Construction” tikinti işləri ilə məşğuldur, mən isə enerji mühəndisiyəm. Bakı Ekspo Mərkəzində keçirilən istənilən sərgini ziyarət etməkdən həmişə zövq alıram, çünki mənim şirkətim bu obyektin tikintisində iştirak edib.
Biz müxtəlif illərdə Caspian Power-də iştirak etmişik. Bu sərgiyə baş çəkmək şəxsən mənə şirkətimizin gələcək inkişafını təhlil etməyə imkan verir. Burada yerli şirkətlərlə yanaşı, fəal əməkdaşlıq etdiyimiz bir sıra xarici şirkətlərin, xüsusən də Rusiya və Çin şirkətlərinin nümayəndələri ilə görüşmək xoş oldu.
Hazırda dünyada yaşıl enerji tendensiyası geniş vüsət alır. Sərginin bu seqmenti xüsusi olaraq diqqəti cəlb etdi. Alternativ enerji - gələcəkdir və biz bu istiqamətdə hərəkət edərək biznesimizdə müvafiq texnologiyalar tətbiq etməliyik. Xüsusilə, bir İtalyan şirkəti alternativ enerji istehsalı üçün bütöv zavodlar təklif edib və biz onlarla maraqlı işgüzar əlaqələr planlaşdırırıq.
Sərgi növbəti dəfə öz üstün cəhətlərini vurğuladı. Bəzən ritorik sual yaranır: ildə bir dəfə belə sərginin keçirilməsi kifayət edirmi? Azərbaycan regionun mərkəzidir və bir çox ölkələrdən olan böyük oyunçuların bu sərgidə iştirakı, düşünürəm ki, onlara biznesi inkişaf etdirmək və bu regionda özlərini tanıtmaq üçün böyük imkanlar yaradar.
Aleksandr Glisic, Glisic Construction şirkətinin sahibi