Yuriy Moiseenko, “ISB Industries”-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri
“İSB Industries” podşipnik istehsalı üzrə ixtisaslaşmış şirkətlər qrupudur. Bizim fabriklərimiz dünyanın hər yerində yerləşir. 2000-dən çox distribyutorumuz var. Ümumiyyətlə, biz podşipnik və mexanizmlərə aid hər şeyin istehsalçılarıyıq. Bizim podşipniklərimiz dünyanın ən geniş çeşidlərindən biridir.
Dünyanın hər yerində anbarlarımız var.
Biz isə keyfiyyətli məhsulları tez və həqiqətən sərfəli qiymətə təqdim edə bilməyimizlə seçilirik. Azərbaycanda işgüzar əlaqələrimizin əsası pandemiyadan iki il əvvəl qoyulub. Bu müddət ərzində biz tərəfdaşlarımızla ticarət və texniki sənədlər mübadiləsi apardıq. Yeni mövsümdə onlar “Energetika və Bərpa Olunan Enerji” sərgisində iştirak və konkret satış təklifləri ilə öz bizneslərinə başlayıblar. Sərgi üçün bir neçə növ məhsul gətirmişik.
Sərgidə biz məhsulumuzla maraqlana biləcək bütün sənaye sahələrinin istehsalçıları ilə görüşməyi gözləyirik. Sərgi haqqında: tədbir maraqlı keçir, bir neçə iş saatı ərzində biz yeni əlaqələr qurduq.
Sərgi sənayenin və biznesin inkişafı üçün mühüm platformaya çevrilib. Hesab edirəm ki, bugünkü sərgi təqdimat xarakteri daşıyır, burada məhsulu görmək, müqayisə etmək, onun texniki imkanları ilə tanış olmaq olar.