“Caspian Power 2016” sərgisi: elektrik enerjisinin inkişafı üzrə qlobal strategiyalar

“Caspian Power 2016” sərgisi: elektrik enerjisinin inkişafı üzrə qlobal strategiyalar

4 i̇yun 2016 0000

Bu gün 6-cı Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2016”) sərgisinin sonuncu iş günüdür. “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2016”) sərgisi ilə eyni platformada, Bakı Ekspo Mərkəzində keçirilən bu tədbir Azərbaycan, Belarus, Çin, Polşa, Rusiya və Türkiyənin elektroenergetika sənayesinin aparıcı nümayəndələrini bir araya toplayıb.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev hər iki tədbiri ziyarət edərək, sərgilərdə iştirak edən tanışmış dünya şirkətlərinin rəhbərləri və aparıcı mütəxəssisləri ilə görüşdü.

Xəzər regionunda enerji səmərəliliyi və bərpa olunan energetika sahəsində yeganə ixtisaslaşmış tədbir kimi, “Energetika və Alternativ enerji” sərgisi altı il ərzində öz populyarlığını daha da artırıb və “ITE Group plc” şirkəti tərəfindən təşkil olunan energetika sahəsi üzrə silsilə tədbirlərə daxil olmaqla yanaşı, sənaye şirkətləri arasında özünü doğrultmuş brendə çevrilib.

Beynəlxalq “Xəzər Neft və Qaz” konfransının gündəliyindəki məsələlər arasında alternativ və bərpa olunan enerji mənbələri mövzusunun yer alması bu tədbirin əhəmiyyətini sübut edir. Nümayəndə heyətlərinin üzvləri bu genişmiqyaslı forum çərçivəsində ölkəmizin böyük təcrübəyə malik olduğu alternativ və bərpa olunan enerji sahəsinin öyrənilməsi və tətbiqi üzrə problem və perspektivləri müzakirə ediblər.

Mütəxəssislər energetika sahəsində texnologiyaları təmin edən 30 aparıcı şirkətin  layihələrini öyrəniblər. Bu məhsullar gələcəkdə neft-qaz sektoru ilə yanaşı, bu aktual sənayenin inkişafından da faydalanmağa imkan verəcək.

Beləliklə, “Caspian Power 2016” sərgisi elektroenergetika sahəsinin inkişaf strategiyasını formalaşdıraraq, peşəkar sənaye sahələrinin səmərəli və qarşılıqlı faydalı əlaqələrini daha  da genişləndirməyə müvəffəq oldu.

Sərgi Azərbaycan Respublikası Energetik Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəkləyir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN