“Caspian Power 2015”: yeni avadanlıqların nümayişi və energetika kompleksi mütəxəssislərinin konstruktiv dialoqu

“Caspian Power 2015”: yeni avadanlıqların nümayişi və energetika kompleksi mütəxəssislərinin konstruktiv dialoqu

5 i̇yun 2015 0000

Bu gün Bakı Ekspo Mərkəzində “Iteca Caspian LLC” və “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə keçirilən 5-ci Yubiley Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2015) sərgisinin son iş günüdür. Xəzər regionunun enerji sənayesinin nailiyyətləri üzrə yeganə ixtisaslaşmış tədbir olan 5-ci Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2015”) sərgisi “ITE Group Plc” şirkətinin energetika üzrə təşkil etdiyi aparıcı tədbirlərdən biridir və sənaye sərgiləri arasında özünü doğrultmuş brend hesab olunur.

Sərgi yeni avadanlıqların nümayişi və energetika kompleksi mütəxəssislərinin dialoqu üçün platforma kimi ildən-ilə daha da məşhurlaşır. Bu uğur həm də “Caspian Power” sərgisinin Xəzəryanı regionun neft-qaz sahəsi üzrə ən böyük tədbiri olan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgi və konfransı ilə eyni vaxtda keçirilməsi ilə bağlıdır. Şübhəsiz ki, hər iki tədbirin peşəkar səmərəliliyi özünü elektroenergetika sənayesinin aparıcı təmsilçilərinin artan marağında, eləcə də səmərəli əlaqələri genişlənməsi və perspektiv müqavilələrin imzalanmasında göstərir.

Sərginin iştirakçıları arasında energetika texnologiyaları üzrə aparıcı təchizat şirkətləri – “Alce Elektrik”, “Ardich elektrik”, “Electroalfa”, “Germen Electronic”, “Goknur”, “Nobel Electric”, “Schneider Electric”, “STP”, “Vitta”, Kozlov adına Minsk Elektrotexnika Zavodu və digər müəssisələr yer alır. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də iştirak edir.

Sərgi iştirakçıları Azərbaycandakı yüksək inkişafın müasir səviyyəsini qeyd edərək birgə perspektiv sənaye layihələrinin, habelə ən son texnoloji nailiyyətlər və elektroenergetika sahəsi üzrə strateji inkişaf barədə informasiya əldə etmək imkanının əhəmiyyətini vurğulayırlar. Xarici eksponentlər “Caspian Power 2015” sərgisində gələcəkdə yeni energetika layihələrində reallaşdırılacaq, eləcə də Azərbaycanın enerji kompleksinin modernləşdirilməsinə kömək edəcək texnologiyaları təqdim etdilər. Burada güc transformatorları, kabellər, kommutasiya-paylayıcı aparatlar, enerjiyə qənaət edən işıqlar, elektrik enerjisinin texniki və kommersiya uçotu üzrə avtomatlaşdırılmış sistemlər, günəş panelləri, “LED” indikatorları, mikroprosessor qurğuları və digər məhsullar nümayiş olunur.

Sərgiyə rəsmi dəstək Azərbaycan Respublikası Energetika Nazirliyi, habelə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən göstərilir.

 


Baş Tərəfdaş

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN