Şirkətimizin bütün xidmətləri Caspian Power sərgisində təqdim olunur

Şirkətimizin bütün xidmətləri Caspian Power sərgisində təqdim olunur

31 may 2023 0000
Anar Orucov, Global Energy Solutions şirkətinin baş direktorunun müavini

Şirkətimizin bütün xidmətləri Caspian Power sərgisində təqdim olunur. Global Energy Solutions (Glensol) ilk növbədə neft-qaz, enerji və su təchizat sektorlarında xidmətlər göstərir. Biz həmçinin istilik, ventilyasiya, kondisioner (HVAC) sistemlərində, qazma qurğularında klapanların və qapayıcıların təmiri və texniki xidmətində ixtisaslaşırıq, əlavə olaraq qaz turbinlərinə və kompressorlara texniki xidmət göstəririk.

Biz bu sərgiyə təkcə “Global Energy Solutions” şirkətinin imkanlarını və onun xidmətlərini nümayiş etdirmək üçün deyil, həm də tərəfdaşlıq əlaqələri qurmaq və B2B görüşlərində iştirak etmək üçün gəlmişik. Bu gün Global Energy Solutions bütün dünya üzrə şirkətlərlə geniş əlaqələr və tərəfdaşlıq şəbəkəsinə malikdir, biz onu mümkün qədər genişləndirmək istərdik, ona görə də bizim gördüyümüz işlər haqqında mümkün qədər çox insanın bilməsi vacibdir.

Sərginin yüksək səviyyədə təşkilini qeyd etmək istərdim. Ümid edirəm ki, gələcəkdə bu tədbir daha çox iştirakçıların və potensial tərəfdaşların diqqətini cəlb edəcəkdir.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN